·  ANASAYFA  
·  AVRUPA HABER  
·  MEDYA  
·  EKONOMI  
·  FIRMALAR  
·  SPOR  
·  YAZARLAR  
·  BASIN ÖZETLERI  
·  COCUKLAR  
·  KADIN & YASAM  
·  BEDAVA POST  
·  DOWNLOAD  
·  TREIBER  
   
   


BAKÜ MEKTUPLARI
                                                                               Tevfik Abdin
 
atofiq@hotmail.com





ВİDA ÖNCƏSİ YENİ BİR KİTAB

…Azərbaycan mənim yazıçı həyatımın ən önəmli kilometr dirəklərindən biri olmuşdur.
Abdluhamit bəy Avşar

Abdulhamit bəy Avşar mənə görə ikinci kitabını ( amma üçüncü kitabı - AZƏRBAYCAN YAZILARI ) və özü də çox samballı bir ziyalı tərəfindən ÖN SÖZ yazılmış kitabını (vallah,mən bilmirəm Türkiyədə bu moddadır, ya yox amma bizlərdə artıq bu ön söz, uğurlu yol,nə bilim daha nə kimi şeylər artıq öz dəyərini itirib.Komunistlik dövründə bir kitabın çapını xilas eləmək üçün belə şeylərə gedilirdi. İndi isə nə Kommunist partiyası var, nə də onu əvəz edəcək bir təşkilat.İndi «vur getsin çal oynasın» zamanıdır və ona görə də belə şeyləri görəndə, adamı qara basır)  mənə verəndə və mən həmin kitabı oxumazdan öncə vərəqləyəndə ağlımdan keçən sual bu oldu: Abdulhamit bəy Avşar nədən bu kitabı yazıb və yazmaqda məqsədi nədir? Doğrudur həmin ön sözdə buna bir işarət var: «Azərbaycan coğrafi bir  bir körpüdür,çünki anadolu ilə Orta Asiya arasında kontitental bir bütövlük,yaradır,mədəniyət körpüsüdür,çünki bu iki coğrafiyanı  ən yaxşı anlayıb dərk edə bilən bir tarixi bazisə malikdir»

Amma, yenə də daha sonra mən bu kitabın başqa bir məziyyətini bilən kimi,yəni  Abulhamit bəy bu kitabdakı zəhmətinə görə heç  kimdən bir qəpik olsun pul-para,təlif haqqı  almayıb və onu ancaq tanışlara dağıtmaq,bağışlamaq üçün yazıb, o zaman sualımın cavanı özüm verməli oldum : mən Türkiyədə yaşayarkən tonlarla yazını nədən bir qəpiksiz yazdım? Əslində bu sualın da cavabı bir  az çətin tapılar, amma, mənim içimdə bir Türkiyə yanğısı vardı və türk mətbuatında bir yazımın çap olunmasına tamarzılıq yaşayırdı və mən bax bu vəya başqa nədənlə də, orada tonlarla yazı yazdım, təlifsiz- filansız.Amma sonra həmin yazıların bəzisini kitablaşdırdım : AH İSTANBUL… İSTANBUL… adı altında.

Və Abdulhamit bəyin kitabı,  təxminən belə bir şeydir, amma Abdulhamit bəyin ürəyindən mənim  ürəyimdən keçənlər keçibmi bilmirəm.Yəni, həqiqətən Azərbaycanda yazılar çap etdirmək və bununla da məmnunuluq duyub,fəxr etmək kimi bir şey Abdulhamit bəyin qələminin və ya kompüterinin  borcu olub,olmayıb bax, bu mənə bir o qədər də məlum deyil,amma təxminən elə bir şeyin olduğu ortada.Çünki Abdulhamit bəy  bu yazıları yazanda dediyim kimi heç bir təlif güdməyib və təlif güdsə də, bu təlif məndən fərqli onun üçün yaşamaq  vasitəsi olmayıb.Buna görə də mən onun özünün yazısından bir sitatı buradaca vermək istərdim.Yəni bu yazılar neyçin yazılıb və bu yazıları neyçin kitablaşdırıb?
Sitat : «Son olaraq bunu qeyd etmək istəyirəm ki,bu məqalələr,Azərbaycana hasil olan hər məhsulun mümkün olduğu qədər bu qardaş ölkədə qalması məqsədiylə qələmə alınmışdır.»
Təbii ki, türk dünyası ilə  yaxından tanış olan və türk dünyası ədəbiyyatını yaxından təqib edən, izləyən bir oxucu üçün bu yazılardakı bir çox bilgilər məlum olsa da, bu bilgilər tarixin arxasında, tarixin illərinin qatında qalması bəlli və məhz Abulhamit bəy  artıq tarixləşən,bəlkə get-gedə unudulan həqiqətləri bir daha işıq üzünə çıxarır.Onları bizlərə təqdim etməkədən həm məmnunluq duyur,həm də düşünür ki,mənim Azərbaycana sevgim bu yazıların içindən ən azından bir neçə oxucuya çatacaqsa, o zaman boşuna yaşamamışam.

Və mən Azərbaycanda son illərdə çalışan iki türk ziyalısı - ABDULHAMİT BƏY AVŞAR və artıq vəzifə zamanı bitdiyi üçün bizləri tərk edən FETHİ BƏY GEDİKLİNİN Azərbaycan sevgisinin bu qədər ağılalmaz olduğunu dərininə vara bilmirəm və doğrudana da onlar nə kimi bir insanlar və ziyalıdırlar ki,özlərini əslində Azərbaycan uğrunda demək olar ki, şəhit etmiş qəhrəmanlar kimidir və bu sevgi təkcə onların görəv, vəzifə borcu olaraq qalmır və həm də bunun anlaşılmaz tərəfləri də var.Necə ki, Əli bəy Hüseyinzadə Türkiyədə böyük çətinliklərlə üzləşsə də və onun ölümündən sonra dünyanın ən məhşur rəssamları sırasında yer alan yeganə oğlu Türkiyədən Fransaya gedib geri qayıtmadısa da bu QOCANI VƏ ONNU OĞLUNU  Türkiyə və və türklük sevgisi heç zaman tərk etmədi və sonuna qədər getdilər.İndi bunu xatırlatmaq yerinə düşdü, ama, mən bunları AH İSTANBUL…İSTANBUL… kitabımda geniş anlatsam da hələ də mən bu sevginin ( özü də birtərəfəli sevginin) bu qədər uca olduğunu, həttda qısanclıqla qarşılayıram.Yeri gəlmişkən Almas İldırım üçün keçirilən simpozumun,onda birini biz bu qoca insana eləmədik.Niyə eləmədik? Nədən eləmədik? Bu suallara heç kim və heç zaman cavab verə bilməyəcək.Və bu baxımdan mən bu iki ziyalının Abdulhamit bəy Avşarın və Fethi Gediklinin bizim üçün,bizim məmləkət üçün elədiklərinin bu qədər səssiz qarşılanmısını iç ağıları ilə yaşayıram.Təbii ki, sevgi iki tərəfli olsa yaxşıdır.Mən bilən Abdulhamit bəy bu işləri görərkən bunu ağlına belə gətirməmiş və onsuz da artıq tarix olan yazılarının taleyi onu çox maraqlandırmış və bir müddət keçəndən sonra saralacaq və bəlkə də yoxa çıxacaq ( xüsusiylə Azərbaycan mühitində ) qəzet və dərgi yazılarına daha uzun ömür vermək üçün kitab şəklində çap etdirməyi qarışsına məqsəd qoymuşdur.
Bu kitab bir neçə məziyytinə görə əvəzsizdir.Onlardan ən başlıcası … bunu mən öz adımdan yazmaqdansa, elə Abdulhamit bəyin öz yazdıqlarına isnad edim.Sonra davam edərəm.

Sitat : «Digər tərəfdən,kitabdakı yazılar yayımlandığı qəzet və jurnallarda hansı türk ləhcəsində nəşr edilmişdisə,kitabda da eyni şəkildə verilmişdir.Beləliklə həm  məqalənin  orjinal halına sadiq qalmağa çalışılmış,eyni zamanda iki qardaş ləhcənin bir arada olması sağlanmışdır».

Və məhz bu keyfiyyət oxucunu daha çox maraqlandırır və üstəlik də bu kitabın İstanbulda maraq doğurmasını bir o qədər inad etəməsək də, Anadoluda və Anadoluya bağlı  yerlərdə son dərəcə maraqla qarşılanacağı və oxunacağı şəksizdir.O nədənlə ki,burada Anadolu torpaqlarıüçün şəhid olan və eyni zamanda bütün keyfiyyətləri ilə Anadolunun bir parçası kimi diqqəti çəkən  Azərbaycan torpaqları üçün şəhid düşən əsgər və insanların həyatı onun səhiflərinə bir toxum kimi səpilmişdir.Çox böyük ümidimiz var ki,bu kitab tarixin yükünün altında qalmaz,o  çox dəyərli bir kitab olaraq oxucuları maraqlandıracaq.Nə qədər ki,bu yerlərin insanlarının damarlarında türk qanı axır bu yazılara  maraq da olacaq.Təbii ki,mən bu sətirləri sonuc olaraq yazmalıydım, amma məhz barmaqlarımdan və ağlımdan axıb gəldiyi üçün buradaca yazdım və sonluq güman ki, özü gələcək.

Abdulhamit bəyin kitabının adı AZƏRABACAN YAZILARI və kitabda toplanan yazılarda Azərbaycan sevgisi alt qatlardan vurub üst qatlara çıxdıqca yazarın daha bir keyfiyyəti - ARAŞDIRMAÇI səriştəsi oxucunu sehirləyir.Dövlət görəvini yerinə yetirməklə (TRT televizyonunun Bakı təmsilçiliyinin şefi) bu boyda bir işin öhtəsindən gələ bilmək minnətdarılıqla qarşılanmalıdır.Mən dövlət deyiləm, mən təşkilat deyiləm.Mən bir oxucuyam və mən insan əməyini qiymətləndirməyi bacarıram və özü də qürbətdə heç dəxli olmayan bir  işi görənlərə torpaq sahiblərinin qürbətçinin əməyinin dəyərləndirməsinin nə olduğunu da başa düşürəm.Mən iddia etmirəm,yox iddia etmirəm,  biz Mişel Platinini də dəyərləndirək, amma özümüzün içimizdən baxan, bizlərdən biri olan, gözəl işlər görən insanların zəhmətinin dəyərləndirilməsini də diqqətdən qaçırmayaq.Belə olmayanda insanı ağrıdır ədalətsizlik.Yox, Abdulhamit Avşar  bəy əfəndi  bu əvəzsiz işləri üçün heç bir mükafat və yada nəsə gözləmir, amma şayət bütün bunlar olursa, nədən o buna layiq görülməsin?Yox, Abdulhamit bəy  uzun illər bu yazıları yazarkən onları kiminsə mükafatlandıracığını düşünüb düşünməməsmni bir qırağa qoyaq,çox böyük bir tarix olacaq bu əsərin təkcə professor Nizami Cəfərov tərəfindən ön sözlə dəyərləndərilməsi məncə çox azdır… hər halda çox azdır.

Kitabdakı yazılar İKİ HİSSƏYƏ bölünmüşdür,müəllif tərəfindən.Və yenə də onun  özünə müraciət edək : «Kitab iki ana bölümdən ibarətdir: Birinci bölümə 525-ci qəzet və Yom jurnalı başda olmaqla,müxtəlif Azərbaycan qəzeti və jurnalları ilə Türkiyənin dünya miqyasında  məhşur çoğrafiya  və kəşf jurnalı «Atlas» da yayınlanan «KARABAĞ SÜRGÜNLƏRİ» bşlıqlı məqalələr və CEHUNDAN CEYHUNA  beynəlxalq simpoziyuma təqdim edilən «CEYHANLA CEYHAN ARASINDAKI YENİ  ŞƏHR BTC» başlıqlı yazını əhatə edir. İkinci bölümə YEŞİL KUŞAK ( QURŞAQ) TURKUZA KUŞAKMI» başlıqlı başqa,KADİR İSMİHAN imzası ilə  «ZAMAN AZƏRBAYCAN» qəzetində təqribən iki il ərzində hər həftə qələmə alınan məqalələr daxildir.

Əslinə Abdulhamit bəyin bu kitabının hər yazısını götürüb ayrıca təhil etəmək və onların nə dərəcə maraqlı və dəyərli olduğunu göstərmək lazımdır.Amma mən bilən daha çox bir dərsliyi xatıraladan bu kitab haqqında  daha geniş yazmaq da olar və ümid edirəm ki,bu kitab bütün araşdırmaçılar üçün son dərəcə gözəl bir mənbə olaraq qarşılanacaq və qarşılanmalıdır.Çünki kitab hələlik birləşməyə can çəkişən TÜRK DÜNYASI,  TRÜK DÜNYASININ TARİXİNİ öyrənələr üçün son dərəcə vacib və lazımlı bir kitabdır. 

www.tofigabdin@ws.tc  

SAYFA BAŞI


Yazarın diğer yazıları:

ВİDA ÖNCƏSİ YENİ BİR KİTAB
ABDULHAMİT BEYİN VEDA BORCU!
İRAN TÜRKLERİNE HAYKIRAN ŞAİR
İstanbul’da BENİ HEP ALDATTILAR...
Oğlum Metin için
Gurbette Bir Kırık Ses
İstanbul’da Rus abuhavası...Kişisel düşünceler (1)
BİR YAZI ÜSTÜNE
İLGİNÇ ARAŞTIRMA

   
SAYFA BASI

| Ana Sayfa | Haberler| Gazeteler | Ekonomi | Firmalar | Spor | Yazarlar 

Copyright © Mima Datentechnik / Jülicherstr.20 / 52070 Aachen / Deutschland
Tel:
+49 (241) 900 57 50 (pbx)  Fax: +49 (241) 99 777 57  
e-posta:
info@Turkpartner.de
Bu site Mima Datentechnik Internet Servisi tarafýndan hazýrlanmaktadýr

Tevfik Abdin
ВİDA ÖNCƏSİ YENİ BİR KİTAB
Mahmut Aşkar
Almanya ve Müslümanlar
Yakup Yurt
Belçika'daki durumumuz
Nuran Yelkenci
Anne Sevgisi
Üzeyir Lokman Çaycı
Unutmayın ki dünya sizin gördüğünüz gibi değil
Ayten Kılıçarslan
Müslüman Kadınlar, Birleşin!
Prof. Dr. Mehmet Ali KÖRPINAR
Ülkemizden çalınan tarihi eserlerimize sahip çıkalım
Prof. Dr. Ümit Özdağ
Türkiye'nin En Büyük Sorununa Cevap
Fikret Ekin
İnsan ve İnsan
Haldun Çancı
İran, Türkiye'nin düşmanı mı?
M. Ali Aladağ
Çağdaş Yobazlar
Hasan Kayıhan
Ayrılığın Rengi Hüzün
Veli Kalli
Sorunumuz Kuş Gribi Değil
Mustafa Can
Bayram Gelince Bir Şeyler Olur Bana Canım....
Prof. Dr. İbrahim Ortaş
Yeni Yıl Bilim ve Üniversitelere Ne Getiriyor, Ne Götürüyor?
Dr. Nebil Bozdoğan
Ameliyatsız Yüz Gençleştirmede Son Nokta
Erhan Türbedar
Kosova’ya İki Yeni Bakanlık Devrediliyor (?)
Orhan Aras
İnsanlık öldü mü?
Serdar Çelebi
Fransa olayları ve Avrupa’da ‘Yeni Irkçılık’
Yakup Tufan
Fransa’nın İmajı
Ali Kılıçarslan
Yeni meclis, eski kafa
Sebahattin Çelebi
kadıköy
Veli Kalli
Gurbette Vatan Sevgisi
Şefik Kantar
Davul Tozu, Minare Gölgesi
Hidayet Kayaalp
Ertuğrul Gazi Ve Dursun Fakıh Ve...
Yılmaz Kuzucu
Müstesnalar
Betül Parlar
Hey du...
Şensel Aşkın
Bilginin/Doğruların Etkinliği
İsmail Tüysüz
Son İki büyük Revulusyonda İstanbul`un Önemi
Halil Gülel
Gerçek Güzellik
Muhsin Ceylan
Berlin’e hayali bir soru
Ozan Yusuf Polatoğlu
Bir taraf ‘şan’ (!) alıyor
Bir taraf ‘perişan’ oluyor
Sizden Biri
Sen neymişsin be abi?
Alperen Çelik
Yeni Vietnam IRAK
İsmail Altıntaş
İslâm Dininin Engellilere Sağladığı Kolaylıklar
Latif Çelik
Ayný acýyý duyanlar en samimi olanlardýr
Fazlı Arabacı
Yaralı bir bilinç